AdMob – 100 milyard reklam nümayişi
Tuesday, 11 August, 2009 19:01
Bu günlərdə dünyanın mobil advertising bazarına ən böyük paya sahib olan AdMob saytında nəşrlərin sayı 100 milyardı keçdi. AdMob 2006-cı ildə yaranmış, 2008 və 2009-cu illərdə daha aktiv istifadə olnan bir mobl saytlar üçün istifadə edilən aparıcı reklam sistemidir.
Bu reklam sistemi mobil saytlar üçün AdWords kimidir, lakin AdWords-da olan standartlardan fərqli olaraq mobil saytların da reklamlarında müxləf limitlər var. Məsələn Standarta görə telefonda normal göstərilməsi üçün ən balaca şəkil mobil reklamın ölçüsü 120×20 böyük isə 300×50 olmalıdır.
AdMob-un müştəriləri siyahısında Ford, Coca-Cola, EA games, Land Rover, MTV Europe, Adidas, and Paramount Pictures və s 500-dən çox tanınmış brandlar var.
AdMob-un naşirləri siyahısında dünyanın tanınmış AccuWeather, BluePulse, CBS Mobile, Wap.xana.az, Flirtomatic, Hollywood.com, Peperonity, TinyTube kimi 700-dən çox mobil portalları aktiv çalışırlar.
AdMob-un Mobile Advertising Şəbəkəsindən başqa, Mobile Analytics servisinin köməkliyi ilə mobil sayt istifadəçiləri saytlarına daxil olan istifadəçilərin hansı targetə və hansı bölmələrə daxil olması barədə ətraflı məlumatlar əldə edirlər, ondan başqa AdMob hər ay Mobile Metrics adlı hesabatında dünyada Mobil istifadəçilərin statistik məlumatları işıqlandırır.
AdMob-un 100 milyardınçı naşiri münasibəti ilə təbrik edirik.
AdMob – 100 миллиард показ реклам.
Tuesday, 11 August, 2009 18:47
В эти дни сайт AdMob обладающий большинством акций мирового рынка мобильного рекламы превысил свои публикации больше 100 миллиарда.
AdMob был создан в 2006 году, в 2008-2009-х годах привратился в самого активного сайта исползуюшийся для рекламы мобилных сайтов.
Систем похож на AdWords для мобильных сайтов, но в отличии от стандартов которые существуют в AdWords здесь есть лимит для реклам мобильных сайтов. Например, для того что бы рекламное фото выглядела нормально на телефоне, самый маленький должен быть 120х20-го, а большой 300х50-го размера.
Среди клиэнтов AdMob Ford, Coca-Cola, EA games, Land Rover, MTV Europe, Adidas, Paramount Pictures и более 500 самыx попюларныx брендoв мира.
Над публикациями AdMob роботают более 7000 известных мобилных порталов мира такие как AccuWeather, BluePulse, CBS Mobile, Wap.xana.az, Flirtomatic, Hollywood.com, Peperonity, TinyTube .
Кроме Нетворка Мобильного Реклама AdMob-а, с помошю сервиса Mobile Analytics пользователи мобильных сайтов могут получать информацию о том в какие категории сайта заходят их пользователи, помимо етого каждый месяц AdMob публикует отчет под именем Mobile Metrics который содержит статистические информации ползователeй мобилных технологий в во всем мире.
Kaspersky 2010 Antivirusunun reklam çarxı
Tuesday, 28 July, 2009 21:36
Bu günlərdə Ceki Çan Kasperski Antirvirusunun reklamında çəkilmişdir.
Ruslar isə ona cavab olaraq Videonu gözəl tərcümə ediblər 🙂
Sayta etibar etmək olar?
Wednesday, 15 July, 2009 11:20
İşimlə əlaqədar olaraq veb saytların test edilməsi üçün kompüterimdə daim Google Chrome, Internet Explorer, Opera və Firefox yükləmişəm. Son vaxtlar bu brouzerlərdən iksini daha çox işlədirəm.
Bunlardan biri Operadır ki onunla WML-də olan səhifələrə baxıram və bir də ki Twitter Widget-ini yükləyib orda operativ twittləri izləyirəm və postlar yazıram.
Digər və daim əlimin altında olan brouzer isə Firefox-dur. Firefox-un çox Add-on-ları var. Ondan başqa Firefox-da daxili sistem var ki əgər saytda virus varsa ora daxil olarkən o dəqiqə təhlükə barədə məlumat verir.
Elə viruslardan başlayıb, brouzerlərdən istifadə edərək saytın etibarlılıq və reytinqini qaldırmaq haqqında apardığım qısa bir araşdırmamı yazmağı qərara aldım.
Mən çox vaxt saytın dəyərini bilmək üçün 4 saytdan istifadə edirəm.
- cubestat – Öz qaydası ilə saytın trafikini hesablayıb o saytda reklamdan nə qədər qazana bilmək imkanı barədə məlumat verir. bir az müəmmalı olsa da əyləncəli və maraqlıdır.
- 2ip – saytın SEO üçün necə optimallaşdığını, axtarış serverlərindəki vəziyyəti barədə məlumat verir.
- Alexa Sparky – FireFox üçün Add-on-dur saytın Alexa reyinqində neçənci yerdə olmasını göstərir.
Alexa haqqında bilməyənlərə qısa məlumat verim ki Alexa dünyada saytların reyqtinqini təyin edən bir sistemdir. Sistemin hesablanması istifədə etdiyiniz Brouzerdə Alexa aləti ilə hesablanır. bunun üçün Alexa öz saytında Alexa Toolbarı və ya sayt sahiblərinə özləri üçün xüsusi Toolbar yaraqmaq imkanı da verir. Mən Firefox üçün add-on-dan istifadə edirəm. Əgər siz də sevdiyiniz saytın Alexa reytinqində qalxmasını istəyirsizsə cə Firefox işlədirsinizsə bu add-onu yükmələyi məsləhət görürəm. - WOT – Bu mənim ən çox servidim bir servisdir. Sosial baxımdan çox etibarlı bir sistem və saytlara qiyməti saytın alexa və s reytinqinə görə deyil, saytın etibarlılığlna görə araşdırır.
Test üçün 1-2 azəri saytını bu sistem vasitəsi ilə araşdırdım.
- day.az – Digg, Delicious, dmoz.org və həta Wikipedia-da sayt barədə məlumatlar, istifadəçilərin müsbət rəyini aldığı üçün sayt 100%-li etibarlılıq cədvəlində 78% toplayıb.
- yumroo.az – saytda 100%-lik etibarlılıq cədvəlindən hələm ki heç bir nəticə yoxdur, amma sayt SpamCop tərəfdən minus rəy alıb. Bu tərəfdən bir az ehtiyatlı olmaq lazımdır.
- Saytı açarkən isə sayta daxil olarkən ehtiyatlı olmağı məsləhət görən wot sistemində 100%-lik etibarlılıq cədvəlindən 38% minus olmuş forex-az.info saytının isə işi acınacaqlıdır.
- Bütün günü mailboxumuzu spamla dolduran grbs saytı isə 52%-dir və minusa doğru gedir.
Odur ki siz də saytınızı yaradarən spam göndərmək və ya nakrutka eləmək kimi hallardan bir az uzaq durun ki sabahları problemlər olmasın. Ən yaxğısı sosiallaşmaq lazımdır ki layihə WOM, dost-tanış, normal reklam yolu ilə tanınsın.
CV tərtibatı
Tuesday, 14 July, 2009 21:35
Bu gün çoxdan üzünü açıb baxmadığım CV-mi yeniləmək fikrinə düşdüm. Xoş xatirələr, keçmiş iş yerərim, yeni və köhnə əlaqələrim yadıma düşdü.
CV-ni yazarkən onun yazılma qaydaları barədə bir az maraqlandım. Bəzi qaydalara görə CV – 1 səhifədən artıq olmamalıdır. Ona görə də öz CV-mi tərtib edərkən 2 variantda etdim birində 1 səhifəlik, heç bir “reference”, ətraflı məlumatsız, digərində isə ətraflı məlumat, əlaqələr və s ilə.
Hər iki variantda CV-nin əsas qaydalarına riayət etməyə çalışdım.
CV tərtibatının qaydalarına görə aşağıdakı məlumatların yazılması vacibdir.
– Əlaqə vasitələri
– Vəzifən barədə qısa məlumat
– Biliklər haqqınd aqısa məlumat
– İş təcrübəsi barədə əks xronoloji ardıcılıqla məlumat
– Təhsil haqqında məlumat (Diplomlar, Sertifikatlar və s.)
Həmçinin CV-də başqa elmi işlərin, kitabların müəllifliyi barədə də məlumatlar yazılır.
CV-min düz və ya səhv tərtib edtiyimi sizlərin ixtiyarınıza buraxıram.
Ekonom versiya (1 səhifə)
Geniş versiya
Office 2010
Friday, 10 July, 2009 07:34
Microsoft şirkəti yeni Office 2010 üçün promo videosunu hazırlayıb.
MobileCamp Moscow
Sunday, 14 June, 2009 16:58
Bu gün Moskva yaxınlığında “Новый берег” adlı İstirahət kompleksində keçmiş MDB dövlətləri arasında ilk dəfə olaraq Mobil yeniliklər, Mobil İnternet və s Mobil texnologiyalar ilə əlaqədar texnologiyalara həsr edilmiş mobilecamp qeyri konfransı keçirilir.
Konfrans bir gün keçirilir. Qeyri Formatda, çadırlar-da keçirilən konfrans-da çox maraqlı mobil mövzularda çıxışlar gedir. Burada rəsmi olaraq 2 gün bundan əvvəl satışa çıxan Nokia N97-nin təqdimatı keçirildi. Çox maraqlı Telefondur. Mobil internet istifadəçiləri, sms yazanlar üçün rahat qwerty klaviaturası, touch ekranlı bu telefon çox gözəl dizayn edilib. GPS, yeni qoşulmuş OVI store APİ-ləri, çətin zəng etmək funksiyası, 5mbps kamerası, ən əsası 32 GB yaddaşı var.
Konfrans-da MTC-in Mobil İnternet-in gələcəyi, Nokia N97 və OVI store, Twitter barədə seminarlar diqqətimi çəkdi.
Konfransın sonunda Nokia N97 telefonunun müsabiqə yarışı keçiriləcək.
Mobilecamp-ın gedişatı barədə Twitter-də axtaşıda və ya mənim profilimdə izləyə bilərsiz.
PHP – 14 yaş
Wednesday, 10 June, 2009 00:34
1994-cü ildə Rasmus Lerdorf öz onlayn rezyumesindəki şablon HTML fayllar üzərində işləmək üçün Perl/GCI-də scriptlər toplusu yaradır. Lakin Perl-in funksionallığı və sürəti bu funksiyalar toplusu ilə işləmək üçün azlıq edəndə Rasmur C-də bir interpretator yazır və onun adını PHP/FI (Personal Home Page / Forms İnterpreter) qoyur.
8 İyun 1995-ci ildə (14 il bundan əvvəl) PHP/FI -nin ilk açıq relizi işıq üçü gördü.
Mənim isə PHP ilə tanışlığım 2000-ci illərdən başlayıb. 2001-də normal skriptlərimi yazmağa başlamışam. Qocalırıq 🙂
Beləliklə PHP-ni təbrik edirəm! Başlayanların fikrində əsas OYP (OOP), az dəliklər güclü təhlükəsizlik ideyaları arzu edirəm.
Qarşıdan gələn BarCamp-lar
Sunday, 7 June, 2009 01:31
Bu günlərdə İnformasiya texnologiyaları mütəxxəsisləri, blogerlər, müasir media nümayəndələri və s. bütün İT ilə əlaqəsi olanlar üçün keçirilən BarCamp qeyri-Konfranslarının tərtib etdiyim yaydakı cədvəlini bloqumda sizlərə də çatdırıram.
Nokia MobileCamp Moscow – İyun ayının 14-ü Moskva yaxınlığında Klyazıminskiy su anbarının sahilində yerləşən “Новый берег” adlı istirahət mərkəzində keçiriləcək. 15 nəfərə yol haqqının ödəyəcəklər. Bir neçə yüz iştirakçının qatılması planlaşdırılan bu seminar Mobil İnternet, Mobil texnologilayarın inkişafı, 3G, wi-max və s Mobil ilə əlaqəli yeniliklərə həsr edilmiş qeyri-qeyri konfransdır. İlk MobileCamp 2007-ci ildə Nyu York-da keçirilmişdir. Dünyada keçirilən digər MobileCamp-lar haqqında BarCamp-ın xüsusi səhifəsində maraqlana bilərsiz. Moskvada keçirilən MobileCamp-da Nokia N97-nin təqdimatının olunması planlaşdırılır və hətta bu telefonun müsabiqədə uduşu da gözlənilir.
iCamp 2009 – Runet-in yayda keçirilən ən əsas hadisəsi olan iCamp 2009 İyul ayının 24-28 tarixlərində keçiriləcək. Hər dəfə iCamp-lar müxtəlif qeydi rəsmi mühitləri ilə hamının diqqətini cəlb edirlər. Bu dəfə “Георгий Жуков” adlı teploxodda keçiriləcək qeyri konfrans da maraqlı və gözəl formatı ilə hamını heyran qoyacağını göstərir.
NevaCamp 2009 – Rusiyada keçirilən növbəti BarCamp NevaCamp 2009-dur. Rusiyanın ən iri və gözəl şəhərlərindən biri olan Sankt-Peterburq-da İyun ayının 26-28-i tarixlərində keçirilən NevaCamp gecə ilə gündüzün eyni olduğu, ağ gecələrə düşür. Beləliklə NevaCamp-da 3 gün gecə gündüz keçiriləcək konfrans artıq öz gözəlliyi ilə diqqət mərəkəzindədir.
BarCamp Uzbekistan – Mərkəzi Asiyada keçirilən son BarCamp-dan sonra Özbəkistandan olan Blogger və proqramçılar da öz BarCamp-larının keçirilməsini planlaşdırdılar. Dəqiq vaxtını bilməsəm də saytlarının ünvanını və onların görüşləri və hazırlığı necə etmələrini izləyə bilirəm. Ətraflı məılumat toplayan kimi onlar barədə sizlərə də məlumat verəcəyəm.
BarCamp Azerbaijan – və ən sonra Azərbaycanda keçiriləcək BarCamp barədə qısa bir məlumat verim. Avqust ayının 7-9-u tarixlərinə planlaşdırılan növbəri lokal BarCamp Azərbaycanın gözəl guşələrindən biri olan Gəncə şəhərində planlaşdırılıb, odur ki bu qeyri-konfrans-in keçirilməsində bizlərə dəstək olun.
Praqa, Praqa…
Saturday, 30 May, 2009 00:40
Bu gün (Burda ayın 29-dur: ) Praqa-da Avia muzeyə getmişdim. Muzey 1968-ci ildə yaradılmışdır. Bu muzey avropada ən iri avia muzeylərdən biridir.
Sizlərə də orda olarkən gedib bu muzeyi gəzməyi məsləhət görürəm. Həm də ki muzey pulsuzdur 🙂











































