2009 da beləcə keçdi.
Sunday, 27 December, 2009 06:48
2009-cu il bir çox maraqlı hadisələr və yeniliklərlə yadda qaldı. Bu ildə nələr əldə etdiyimi qeyd edəcəyəm.
![]() |
![]() |
![]() |
![]() |
Seminarlar, Konfranslar və müəyyən tədbirlər

27-29 Mart 2009 tarixlərində Azərbaycanda İnformatika texnologiyaları sahəsində keçirilən iri həcimli Beynəlxalq tədbir. BarCamp Caspian – http://www.barcampcaspian.org/ . Delta Telecom-un baş sponsorluğu ilə keçirilən BarCamp Caspian tədbirində həmçinin sponsorlar sırasında Opera brozeri, HP kimi dünyanın tanınmış şirkətləri də var idi. Bundan başqa iştirakçılar sırasında Opera, Google bir sıra ölkələrin aparıcı bloggerləri, proqramçıları öz biliklərini Azərbaycana gəlib bölüşmüşdürlər. Bu layihədə texniki və bir sıra idarəedici işlərin koordinasiyasını etmişdim. Konfransda 10-dan çox ölkədən 60-dan çox, toplam isə 400-dən çox iştirakçı qoşulmuşdur. Bunların sırasında Proqramçılar, Aparıcı şirkətlərinin AyTişnikləri, Dövlət orqanlarından qalstuklu daydaylar, Blogerlər, Jurnalistlər və s BarCamp ilə maraqlanan gənclər iştirak etmişdi.
17-19 Aprel 2009 – BarCamp Central Asia http://www.barcampkz.net/. Qazaxıstanın ən böyük şəhəri olan Almata-da keçirilən bu tədbirdə 300-ə yaxın iştirakçı qoşulmuşdu, 60-a yaxın prezenyasiya olmuşdu. Burada “From Entertainment fo Education” mövzusunda təqdimatım olmuşdu.

16-17 May 2009 KörpüKamp – İnternet, QHT və Media http://www.korpukamp.org/.

23-24 May 2009 Democamp East / West. http://democamp.org/. Polşanın Poznan şəhərində keçirilən tədbirdə 150-yə yaxın iştirakçı, 2 paralel zalda seminar keşirilmişdir. 2 gün keçirilən tədbirin təşkilatçılarının tədbiri bu cür maraqlı etmələrinə heyran qalmışdım. Hər bir sessiya vaxtında başlayır, açılış, nahar vaxtı, hamısının vaxtları proqramda yazıldığı kimi ardıcıl keçirilirdi. Eyni vaxtda da Poznan şəhərini də gəzmiş oldum və həmçinin yeni əlaqələr qurdum.

14 Iyun 2009 Nokia mobilecamp Moscow. http://mobilecamp.ru/ Moskva yaxınlığında 1 gün keçirilən bu tədbir Nokia-nın baş sponsorluğu ilə keçirilmişdir. Tədbir haqqında bloq postlarımda qeyd etmişdim.

14-16 Avqust 2009 BarCamp Azerbaijan, Gəncə. http://barcamp.az/2009/ Gəncə şəhərində, Emon Oteldə 20 mbps interneti dartıp aparanacan bizimki bizə gəldi 🙂 I günü internet-də texniki problemlər olsa da tədbirin II günü kim interneti WiFi ilə tut abilirdisə kef edirdi. Bu tədbirin hesabına da maraqlı əlalər, yeni ideyalar əldə etdik.
3-4 Dekabr MİF. http://internetforum.az/ Bu nağıl deyildi, maraqlı bir tədbir idi. Bəzi maraqlı və maraqsız çıxışlar olmuşdu. Maraqlılar sirasında Nokia-nın nümayəndəsi Ruslan Veysov-un, Fərid İsmayılzadənin çıxışlarını qeyd etmək olar.
Bundan başqa il ərzində 2 müsabiqə və 1 sərgi də olmuşdu. Bunlar Netty, millinet müsabiqələri və Bakutel sərgiləridir. Azərbaycanda olmadığım üçün Netty-də iştirak edə bilməmişdim. MilliNet müsabiqəsində maraqlı və maraqsız saytlar qalib gəlmiş. Bakutel-də isə reklamlar idi, maraqlı əlaqə qurmaq olmadı.
Öyrəndiklərim
İl ərzində idarəetmə sahəsində bəzi biliklər əldə etmiş, pulsuzluğun, borc okeanında neçə üzmək, Vergili olmağın nə olduğunu öyrənmişəm.
Proqramlaşdırma sahəsində cari biliklərimi təkmilləşdirmiş, yeni super muper bir şey öyrənmək imkanı olmayıb. ( Bu pisdir 🙁 )
Layihələr
![]() |
![]() |
![]() |
Bu il xırda startap layihələrimi xoda saldım. Bunlardan Xəyyam ilə olan Mobil layihələrimimdən mobgames.ws, mobmusic.ws. Bu yaxınlarda təhvil verdiyim lakin tam xoda düşməyən Unibank Premyer Liqası üçün olan upl.az saytı. Mobil reklam sahəsində olan moxito.az sistemi. Xırda medtur.az, balamali.az, sshtax.com, mafiozi.az saytları olmuşdur.
Həmçinin keçmiş layihələrimdə firststeps.az saytında referatlara diqqətimi artırmışam, artıq ordakı referatların sayını 450-yə yaxındır.
Böyük layihələrimdən biri olan wap.xana.az saytında isə gündəlik orta qaydada daxil olan istifadəçilərin sayı müxtəlif aylarda 30 000 ~ 50 000 arası olmuşdur.
Xarici ölkələrdən mərkəzi ofisləri Hollandiyada olan priorcontrol.org sistemində və ABŞ-dan olan xırda 1-2 sistemlərin üzərində işləmişəm. Bu il xarici əlaqələrim də zəif olmuşdur.
Səyahət
2009-cu ildə səyahət cəhətdən çox maraqlı olmuşdur. İlik əvvəlində (Fevral) Almaniyanın paxyatxı Berlində, Türkiyədə, Aprel ayında Qazaxıstan, May ayında Ukrayna, Çexiya, Polşa, İyunda Rusiya-nın paytaxtı Moskva şəhərində və 5 ay aradan sonra Noyabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində olmuşam.
2010-cu ildə isə İnşallah daha yeni biliklər, layihələr və xarici əlaqələrimin inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm.
Yeni iliniz mübarək!
![]() |
![]() |
![]() |
The Passenger: 8 ilə 7 dəqiqə
Sunday, 29 November, 2009 14:09
Böyük olmayan olmayan, 7 dəqiqəlik qısa animasiyalı filmin yaradılmasına müəllifin 8 il vaxtı gedib. İlk addılmarı Pentium 133-də başlayan, işdən əlavə boş vaxtlarını “The Passenger” adlı animasiyanın yaradılmasına sərf edən Chris Jones-in sözlərinə görə bu onun hobbisi olub.
Lütfi Zadə
Thursday, 26 November, 2009 04:20
Bu günlərdə təsadüfən Amerikanın The Franklin Institute-unun 2009-cu il-də “Benjamin Franklin Medal“-ının “Electrical Engineering” qalibi Lütfi Zadənin videosuna baxdım.
Sizlərə də bu videonu təqdim edirəm baxın və Azərbaycanda necə elm adamlarının yetişməsinin şahidi olun. Lütfizadə kimi 1000-lərlə Alim, Texnoloq və s tanınmış şəxsiyyətlər var, və fəxr etmək olar ki biz də Azərbaycanlıyıq.
Ermənistan və Azərbaycan – saytlar
Saturday, 17 October, 2009 06:09
Bu yaxınlarda FireFox brozuerimdə işlətdiyim Alexa Sparky Add-on-unun yeni versiyasını yükləyəndən sonra, alexa-nın saytına daxil olub araşdırma aparmaa barədə fikirləşirdim. Axır ki bu gün alexa-ya daxil oldum. İlk olaraq Alexa Sparky-nin yeni əlavə edilmiş maraqlı bir funksiyası barədə qısa bir məlumat verim.
Yen əlavə “Related Links” funksiyasıdır. Belə ki brouzerinizdə Help menyusundan sonra, yeni olan bu menyuya sıxdıqda, açdığınız saytın oxşar tematikalı saytlarıının siyahısı çıxacaq. Bu çox maraqlı və sərfəli bir tapıntıdır.
İndi isə keçim Alexa ilə əlaqədar araşdırmama. Bu dəfə bizimkilərlə Ermənilərin ən çox hansı tip saytlara baxmasını analiz elədim. Test üçün tər iki ölkədə Alexa reytinqinə görə baxılan top 50 saytları götürdüm.
Siyahı ilə sizləri də tanış edirəm.
Azərbaycan
google.az, google.com, mail.ru, trend.az, facebook.com, day.az, yahoo.com, odnoklassniki.ru, google.ru, youtube.com, yandex.ru, wikipedia.org, disput.az, apa.az, live.com, rambler.ru, 1news.az, lent.az, navigator.az, msn.com, blogger.com, anspress.com, lenta.ru, vesti.az, vkontakte.ru, azercell.com, microsoft.com, rian.ru, rapidshare.com, azadliq.org, google.com.tr, millinet.az, liveinternet.ru, ebay.com, box.az, bbc.co.uk, yumroo.az, mak.az, qaynar.info, open.az, twitter.com, big.az, mix.az, bakililar.az, boxca.com, park.az, abc.az, wordpress.com, turbo.az, amazon.com
Ermənistan
google.com, odnoklassniki.ru, google.am, facebook.com, mail.ru, yahoo.com, youtube.com, yandex.ru, wikipedia.org, google.ru, blogger.com, tert.am, twitter.com, vkontakte.ru, rambler.ru, amazon.com, livejournal.com, ucoz.ru, travian.ru, mail.am, ebay.com, job.am, liveinternet.ru, monitis.com, digg.com, digitalpoint.com, linkedin.com, smartsystemsllc.com, microsoft.com, news.am, wordpress.com, panorama.am, lurer.net, list.am, travian.com, a1plus.am, spyur.am, zaycev.net, statcounter.com, bing.com, smartelectronics.am, myspace.com, akumb.am, medicalvibe.com, regnum.ru, lenta.ru, circle.am, depositfiles.com, rapidshare.com, cnet.com
Birinci mərhələ: Dil məsələsi
Araşdırma apararkən google, facebo kimi saytlarda dil məsələsini hesablamamışam. Əsasən lokal saytlar və ya xəbər saytlarının statisikasına baxmışam. Bir neçə dildə olan saytların dil məsələsinə Sayt hansı dildə açılırsa o dili prioritet dil, sonra isə digər dilləri bir az aşağı faizlə hesablamışam.
Azərbaycan
Görmək olar ki istifadəçilər əsasən Rus və Azərbaycan dilli saytlara baxırlar. İngilis dilindən az istifadə edilir Türk dili isə cüzidir.
Ermənistan
Əsasən Rus dilli saytlara, sonra ingilis dilli və sonda isə Erməni dilində olan saytlara baxanlar yer tutur.
Bu çox gözəl göstəricidir və Azərbaycan dilində olan saytları daha da artırmaq lazımdır ki rus dilində məlumat axtarışı daha da azalsın.
Növbəti, daha maraqlı bir mərhələ: Tematika
Burada ölkələrin nə tipli saytları ziyarət etmələrini araşdırmışam.
Azərbaycan
Gözlədiyimiz nəticə çıxdı. Xəbər saytları 29%, Axtarış 16%, Sosial Şəbəkələr 12%, Elektron poçt 11% və s.
Ermənistan
Maraqlı bir nəticə. Bloqlar 16%, Axtarış 15%, Sosial Şəbəkələr 13%, Elekron poçt 12%, Xəbərlər 10% və s.
Diaqramda hər iki ölkənin siyahısını qeyd etmişəm.
Azərbaycan

Sonra belə bir nəticəyə gəlmək olar ki Azərbaycanda xəbər oxuyan, Axtarış edən, Sosial şəbəkələrdə oturan, e-poçt oxuyanlar çoxluq təşkil edir.
Ermənistanda isə Bloq oxuyanlar, Axtarış edənlər, Sosial şəbəkələrdə oturanlar, e-poçt oxuyanlar çoxluq təşkil edirlər.
Burda xüsusi diqqəti E-ticarətə də ayırmaq istərdim ki Erməstanda Eletron Ticarət bizdən daha çox inkişaf edib.
Həmçinin Ermənistanda məlumatları Azərbaycanla müqayisədə bloqlardan daha çox oxuyurlar.
Araşdırmanın bütün nəticələrini burada ətraflı yerləşdirməmişəm. Araşdırma nəticələsi ilə hər hansı qeydləriniz olsa şərhlərdə yaza bilərsiz.
Adobe Photoshop CS5
Thursday, 17 September, 2009 02:56
Bu yaxınlarda Adobe Photoshop CS5-in çıxması haqqında bir məlumat eşitdim və internetdə də videosunu tapıb sizlərə təqdim edirəm.
CS5 haqqında onu deyim ki çox gözəl effektləri var, dizaynerlərə məsləhət görürəm.
Bu videonun linkini ibigdan-ın Jurnalından gördükdən sonra bura atdım.
Həm də CS5-in adını eşidəndə Recep ivedik-deki bir sual yadıma düşdü. Bu fotoşop cs4 mü cs5.
Uşaqlıq illəri…
Monday, 7 September, 2009 00:08
Bu gün sehirbaz bloqunun hesabına uşaqlıq illərimi yada saldım.
Bazar günü gələn kimi saatı güdürdük ki, vaxtı çatsın və hamımız bir nəfər kimi qaçıb “Chip N Dale”, “Duck Tales” cizgi filmlərini həvəslə izləyirdik.
1200 nəfərlik Fləşmob…
Thursday, 20 August, 2009 03:06
Bu günlərdə Siqaret çəkməyin ziyanı haqqında olan gözəl bir Fləşmob video (http://ibigdan.livejournal.com/5073047.html) gördüm. Onu sizlərə də göstərirəm.

















