Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan TRENİNQLƏRİN MÖVZULARI

Saturday, 19 July, 2008 19:21

Bu yay nə isə seminar və treninqlərlə zəngindir. Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan treninqlərin mövzuları artıq hazırlanıb.

Mövzuları sizə təqdim edirəm.

  • 19 iyul 2008 (bu gün:)
    İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı.
    Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar.
    Qabil Qasımov – Meqa şirkəti
  • 26 iyun 2008
    İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi.
    Vahid Qasımov – Sahil İT
  • 02 avqust 2008
    Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri.
    Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları.
    Emin Hüseynzadə – ekspert (Blogger)
  • 09 avqust 2008
    Elekron xidmətlər. Online ödəmə. Elektron sorgular. Elektron ticarət. Elektron formada alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq.
    Fərid İsmayılzadə – Silverkey.az
  • 16 avqust 2008
    Kompüterlərdə və internetdə təhlükəsizlik. Viruslar və antiviruslar. Antivirusun yeniləşdirilməsi. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Antişpion proqramlardan istifadə.
    Emin Hüseynov – Ekspert (ilk10.az)
  • 23 avqust 2008
    Mobil internet. Mobil resurslardan effektiv istifadə qaydaları. Wap resurslar. WAP xəbər saytları. WAP –dan jurnalistikada istifadə.
    Mobil telefonla xəbər axtarışı. Mobil təhlükəsizlik.
    Rəşad Əliyev – wap.xana.az

Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək

Wednesday, 16 July, 2008 18:55

Bu yaxınlarda Multimedia Mərkəzindən Wap ilə əlaqədar treninqi aparmaq barədə bir təklif aldım və bu gün artıq mənə xəbər verdilər ki artıq treninqlər başlayır. Proqramı ətraflı olaraq bu yaxınlarda sizlərə təqdim edəcəyəm. İndi istə treninq haqqında qısa bir məlumat.
Treninqlərdə media sahəsində ( qəzet, Agentlik, TV və radio, informasiya saytı və s.) çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edə bilərlər.
Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
Bir qrup üzrə 12 Treninqin keçirilməsi nəzərdə tutulur.
Məşğələlər ölkədə İKT sahəsində bacarıqlı mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
Treninqlər şənbə günü saat 11.00 – 14.00- dək keçiriləcək.

Treninqlərin təxmini mövzusu

  1. İnternetdə səmərəli axtarış üsulları. Az dilində axtarış. Axtarış saytlarında qeydiyyat. Sadə İnternet saytlarının və Bloqların yaradılması və istifadə qaydaları. Sosial resurslardan istifadə qaydaları.
  2. İnformasiya mübadiləsi proqramları ilə işləmək qaydaları ( Mail Proqramları, Skype, Win Messencer və. s)
  3. Dizayn, Tərtibat, Foto-dizayn proqramları ilə işləmək qaydaları , Qəzet tərtibatı ( Quark Express, Adobe Fotoshop, və.s.
  4. Prezentasiyaların hazırlanması,
  5. Kompüterdə ve İnternetdə tehlükəsizlik. Viruslar və antiviruslar, Spamlarla mübarizə.
  6. Mobil internet. Wap saytlarla iş. Mobil telefon və kompüterin inteqrasiyası. Mobil təhlükəsizlik.
  7. İnternetdə radio ve TV. Audio və video fayllar üzərində iş
  8. İnternetdə rəsmi saytlar. Internetdə açiqlanması məcburi informasiyalar. Rəsmi informasiyaların əldə olunması.
  9. Internetdə elektron və interaktiv xidmərtlər .Elektron hökumət. Online sorğular. Elektron səsvermə.

Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.

Multimedia Mərkəzi
Xəyalə Mustafayeva
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az

BarCamp Central Asia-da iştirak et

Saturday, 21 June, 2008 19:10

BarCamp Central Asia
BarCamp Central Asia 2008, 1-3 Avqust-da Qırğızıstanın paytaxtı Bişkek-də keçiriləcək. Azərbaycandan da iştirakçıların orda iştirak etməsi planlaşdırılıb. Odur ki əgər sən də Bişkekə gedib qeyri konfransda iştirak etmək, yeni dostlar tapmaq, xarici şirkətlərlə əlaqələr qurmaq istəyirsənsə onda aktiv iştirakçı ol və növbəti mərhələləri keç.
BarCamp Central Asia 2008 haqqında ətraflı olaraq şəbəkəmizdən (http://network.barcamp.az ) və ya http://barcampasia.net saytında məlumat ala bilərsiniz.

BarCamp Central Asia 2008-ə getmək üçün əsas şərtlər.
1) İştirak etmək istəyənin aktiv saytı və ya bloqu olmalıdır.
2) Saytda (və ya bloqda) bu bannerlərdən birini yerləşdirməlidir.
Azərbaycan dilində: http://barcampasia.net/wp-content/uploads/2008/04/barcamp_aze_1.jpg
Digər: http://barcampasia.net/bannery/
3) Təqdim edəcəyi Prezentasiyası olmalıdır. Prezentasiyasız heç bir iştirakçı seçilmək barədə fikirləşməsin.

I mərhələdə.
İştirak etmək istəyənlər, (1) CV, (2) internet layihələrinin ünvanını, (3) təqdimatlarının mövzu və qısa təsvirini aşağıda göstərilmiş e-poçt ünvanına göndərmələri xahiş olunur.

II mərhələdə.
Seçilib növbəti II keçənlər Təqdimatlarını təqdim etməlidirlər.

Əlaqə vasitəsi.
BarCamp Central Asia 2008-in Azərbaycan üzrə səfiri Rəşad Əliyev,
E-poçt: rashad@aliev.info
Mob: +994 50 6482737

Pulun var??? Var, var…

Saturday, 17 May, 2008 05:27

Pulun var??? Var, var...
Bu gün internetdə dünyanın ən varlı 100 adamının siyahısına baxırdım. Çox maraqlı məlumatlar əldə etdim və onları sizlərlə də bölüşdürmək istərdim.
Sən demə keçən ildən bu yana Bill Gates geriyə qalıb. Belə ki keçən il 56 milyard dollar pulu, 13 il Dünyanın ən milyarderi olan qaqaş, bu il 58 milyard pul yığıb, amma ki Amerikadan olan Warren Buffett adlı qaqaşla, Meksikadan olan Carlos Slim Helú 62 və 60 Milyard dollarla onu 3-cü yerdə qoyublar. Yazıq uşağı infarkt vurmasa yaxşıdır.
Növbəti gözümə dəyən maraqlı məlumatlardan biri o idi ki, sən demə Azərbaycanlılar da var bu siyahıda, amma ki Rusiya vətəndaşı kimi. Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov-un adını burada görəndə çox sevindim.
Statistikaya görə dünyada ən çox milyarderlər 1-ci yerdə Amerikada (371 Milyarder), 2-ci yerdə Almaniyada (56 Milyarder), 3-cü yerdə isə Hindistandadır (55 Milyarder).
Qonşu ölkələr olan Rusiya-da 53 Milyarder, Türkiyədə isə 25 Milyarder var.
Tez biz zamanda Azərbaycanlıların da rəsmi olaraq bu siyahıya düşməsi arzusu ilə sizlərə uğurlar.
Gəl bundan sonra yat da 🙂

Barcamp Caucasus 2008-ə dəvət!!!

Wednesday, 14 May, 2008 02:27

Barcamp Caucasus 2008Unikal BarCamp Caucause 2008 beynəlxalq konfrans Tiflisdə iyunun 7-8 keçiriləcək. Qafqaz ərazisində bloq, İT və Yeni KİV sahəsində belə geniş miqyaslı ilk tədbir olacaq. Konfrans Qafqazın və MDB-nin bir çox interaktiv və ənənəvi KİV-lərində geniş yayılacaq və rezonans qazanacaq.
İştirakçılar – İT-mühit işləyib hazırlayan liderlər, sabit oxuyucu auditoriyası olan saytların yaradıcıları və sahibləridir, bloqçular, internetlə maraqlananlar və istifadəçilərdir. BarCamp Caucasus 2008-in işinin ayrıca bir istiqaməti İT-texnologiyalarının yeni fəal istifadəçilərinin cəlb olunması, onların bu sahədə tendensiyalar və son işlərlə tanışlığı olacaq.
İndiyədək Azərbaycanda Barcamplarda yalnız 5 nəfər iştirak edib. Bu dəfəki Tiflisdəki Barcamp-da danışıqlar nəticəsində daha çox adamın iştirakı planlaşdırılıb. Barcamp Azərbaycan (www.barcamp.az) təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlər, seminarlar, Bakı və digər şəhərlərdəki təqdimatlar, xarici ekspertlərin dəvət olunması və s. işlərin görülməsi nəticəsində tədbirin təşkilatçıları Azərbaycandan ən azı 20 nəfərin (çox da ola bilər!) iştirakına zəmanət verir. İştirakçıların əksəriyyətinə yol pulu veriləcək. Yolpulu tədbir zamanı paylanacaq.

Yol qrantı almaq üçün nə etməli?

Bunun iki yolu var. Birincisi – Barcamp Caucasus zamanı prezentasiya (təqdimat) keçirmək. www.barcamp-kavkaz.org saytında qeydiyyatdan keçin, daha sonra Mikheil Japaridze (konfransın koordinatoru) j.misho@gmail.com emailina prezentasiyanızın mövzusunu, özünüz haqqında məlumatı rusca və ya ingiliscə göndərin. Bunun üçün çox az vaxtınız var. Mayın 16-sı son gündür. Sona saxlamayın! Cavablar 19-u bildiriləcək.
İkinci variant: Barcamp Caucasus-un Azərbaycan üzrə səfiri Emin Hüseynzadə-yə (emin@barcamp.az) özünüz haqqınızda və gördüyünüz işlər, maraqlarınız haqqında (maksimum 200 söz) yazın. CV-nizi də əlavə etməyi unutmayın. Cavablar Mayın 25-nə qədər veriləcək.
Unutmayın: Tiflisdə 1 gün qalmaqla bağlı bütün suallarınızı www.barcamp.azwww.barcamp-kavkaz.org saytına yönəldin. Həmçinin Mixeil Caparidzeyə də göndərə bilərsiniz. Tiflisdəki iştirak üçün xarici pasportunuz olmalıdır!
BarCamp Caucasushaqda məlumat: Bura işştirakçılar bu ölkələrdən/regionlardan gələcəklər: Qafqaz, Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan), Pribaltika (Latviya, Litva, Estoniya), Rusiya, Ukrayna, Belorusiya. Bununla belə, BarCamp Caucasus-da arzu edən istənilən şəxs iştirak edə bilər; Kiyevdə (2007-ci il) və Riqada (fevral – 2008-ci il) əvvəlki tədbirlərin təcrübəsi göstərir ki, iştirakçılar arasında İT-mütəxəssislər və Aİ ölkələri və ABŞ-dan bloqqerlər də olub.
BarCamp-ın fəaliyyəti haqqında informasiya Yeni KİV vasitəsilə (fərdi və qrup bloqları, sosial şəbəkələr, forumlar və s.) Qafqaz regionunda və MDB və Pribaltika ölkələrində, həmçinin Avropa və ingilisdilli bloq-mühitdə yayılır.

Bu da mən

Thursday, 8 May, 2008 01:53

he he..Axşam gözüdür. İndicə İnternetdə maraqlı bir sayt tapdım.

Baxın görün proqram məni kimlərə oxşadır 🙂

MyHeritage – бесплатные генеалогические деревья, генеалогия и технология распознавания лиц

mult.az

Monday, 21 April, 2008 22:24

Bu gün dayaz-da bir xəbər oxudum ki bəs mult.az saytında yeni multik əlavə edilib. İlk dəfə idi eşidirdim bu barədə. O dəqiqə sayta daxil oldum. 7 Multfilm var idi. Əsasən siyası və həyatı mövzulara həsr edilib.

Maraqlı məqamlar da var idi, məsələn: HƏYAT adlı multik-də həyat yükü barədə göstərir. Çox maraqlı çəkiblər. Whois-də axtardım, məlum oldu ki bunun yaradıcıları Exo qəzütüdür. Həlal olsun. Azərbaycanda artıq inkişaf az da olsa hiss edilmək üzrədir.

Amma məsləhət görərdim ki mult.az-da da mult.ru-dakı kimi bir personaj götürülüb raskrutka edilsin, elədə daha çox istifadəçisi olar.

Sait

Monday, 7 April, 2008 20:47

Dünən yeriniz məlum, Tovuzda idim orda da ADSL var ee. İnternet klubların birində divarda gördüyüm yazı məni çox təəccübləndirdi.
Siz bilərsiz, i, ü, e, ö, ə, a, o, u, ı həriflərindən hansı pornoqrafikdir??
Sait

İnformasiya Texnologiyaları sahəsində birgə inkişaf edək

Saturday, 22 March, 2008 12:48

Son zamanlar hamımız Dünyada İnformasiya Texnologiyalarının necə inkişaf etdiyinin şahidi olmuşuq. Bu bizimkilərin də yanından vaz keçməyib. Məqalələrimin birində Rafiqin etdiyi tənbehi nəzərə alıb hətta gedib ADSL də aldım ki görüm bu dünyada nələr var, o dəqiqə də facebook xəstəsi oldum. Heç düşmənimə də arzu etmirəm bu xəstəliyi. Əlimdə işlərim qala-qala oturub Sosial Şəbəkədə dostlarımla bir qrupda vaxt keçirdirəm. Düzdür dostları yada salmaq lazımdır, amma ki day həmişə də yox da, işlər bəs?
Nə isə bütün bunlar bir yana, keçək yeniliklərimizi. Son vaxtlar Bizdə də Blogginq, vətəndaş jurnalistikası inkişaf edib. Düzdür çox da sürətlə yox, amma ki inkişaf var. Tanıdıqlarımdan oxatan, blogran, blog.ilk10.az, blog.box.az. Burada Azəribloqun əvəzsiz rolundan danışmamaq olmur. Azəri Marketoloqlar arasında da blogginq inkşaf edib bunlardan mak.az saytının daimi üzvləri olan Rüstəmin, KİSSOT, Milli Marketinq, Shared Folders, Marketing Post, imho əvəzsiz rolları var. Bloq saytlarını saysam sonu bitməyəcək. Bəs bunları bir araya necə gətirək?
Bu məqsədlə də təkcə bloggerləri deyil, WAP-er, Sosial Şəbəkəçi, Veb Proqramçılar və bütün yeni texnologiya həvəskarlarını bir yerə toplamaq məqsədi ilə artıq BarCamp Azərbaycan təşkilatı fəaliyyətə başlayıb. İlk ən böyük seminarlarını 29-31 avqust tarixində Lənkəranda keçirilməsini planlaşdırıblar. Soruşduqda ki niyə bəs Lənkəran, cavab belə oldu ki kifayətdir hər yenilikləri Bakıda etdik, qoy bir az da bölgələrimiz inkişaf eləsin.
Bu BarCamp Dünyada 2005-ci ildə yaranmasına baxmayaraq bu tərəflərə 2007-ci ildən gəlib. İlk dəfə Ukraynada BlogCamp, Sonda bu il Latviyada BarCamp Baltics adı ilə, İyun ayının 7-9-u Tiflisdə BarCamp Qafqaz, Sonra Moskva, Bişkekdə keçiriləcək.
BarCamp Azərbaycanın ( seminar lokal keçiriləcək ) isə ilk olaraq Lənkəranda keçirilməsinin səbəblərindən biri odur ki gənc Mütəxəssislərimizi gələn il Azərbaycanda keçirtməyi planlaşdırdığımız BarCamp Qafqaza hazırlayaq. Odur ki siz də aktiv olun ki dafa sürətlə inkişaf edək.
Mən BarCamp Azərbaycana gedəcəyəm, Bəs siz necə – BarCamp Azərbaycana gedəcəksiz?

Səhvsiz…

Wednesday, 12 March, 2008 12:39

Ola bilər bu yazdığım məqalələrimdə qrammatik səhvlər buraxım, amma ki kompüter terminlərində və bir də ki rus dilli Azərbaycan sözlərində səhvlər görəndə çox hirslənirəm. Bu məqaləmdə rastıma çıxan səhvlərdən yazacağam.
(012) 4368454 nömrəsinə zəng edirsən və o dəqiqə qəşəng bir qız səsi deyir “Salam siz Maxmedia reklam agentliyinə zəng etmisiniz. Dahili nömrəni bilirsinizsə…” Axı mən dahili nömrə nə olduğunu bilmirəm.
Başqa bir səhv, ən çox sual doğuran səhvlərdən biri Kompüter sözünün səhv yazılması. Yolda gedəndə reklamlarda, TV-də və ya internetdə çox rastınıza gəlib. Görürsən ki Kompüter yerinə Kompyutor yazılıb. Rus sözündən götürüb tərcümə edəndə belə də olacaq da, bir nəfərlə internetdə söhbət edərkən onun mənə yazdığı cümləni sizə yazıram: “Mən Kanpyutoru sökürəm” Bəh-bəh, görün nə superdir eee..və ya digəri ilə MSN-də soruşuram ki nə edirsən: cavabı: “Xakkerlik edirəm” get elə, amma ki xakker bilmirəm nədir, bəlkə xaker demək istəyir. İnkişaf gedir, özü də qızlar xakkerlik edirlər.
Başqa bir səhv İTV-də veriliş gedir. “Rəqəmsal Dünya”. Halaldı, onsuzda soxa soxdur, Uje Rəqəmləri də salırlar harasa. Mən bilən Rəqəmsal, Digital sözündən götürülüb, türkcə sözüdür, Azərbaycanca Rəqəmli deməkdir.
İnkişaf etmiş Azərbaycanda, Qarışqa kimi çoxalmış İnternet zalların birində. Uşaq gəlib oturub kompüterin qabağında və nəzarətçiyə geyir. Qaqaş mənim üçün ŞaqŞaraxı ( yəni Klaviaturanı ) elə qoş ki mən Geta oynaya bilim ( GTA oyunu ).
Avtomobil sahəsində də belə inkişaf var. Bu yaxında saytımın görüşünü etmək istəyirdim, bir nəfər özünü tərifləmək üçün yazır. Mən də gələcəyəm, ağ Prarado ( Yəni Prado ) olacaq məndə.
Bu cür terminləri öyrəndikdən sonra istəyirəm gedim Kanpyutoru yandırıb, ŞaqŞaraxı götürüm və xakkerliklə məşğul olum. Bəs siz necə??