Şaxta Baba və Sisadmin
Sunday, 1 February, 2009 08:05
İnternetdə Şaxta Baba və Sisadmin arasında olan fərq ilə rastlaşdım, onu doğma dilimizə tərcümə edib sizlərə də çatdırıram. Oxuyun, bir az könlünüz açılsın 🙂
1. Şaxta Baba saqqallıdır, piylənmişdir və gülməli geyinir.
2. Şaxta Baba-dan nə isə xahiş edəndə, onu əldə etmək şansı 0-a bərabərdir.
3. Şaxta Baba məktublara nadir hallarda cavab yazır.
4. Şaxta Baba-dan onda olanların hardan əldə etdiyini soruşanda, o cavab verir: “Bu bir möcüzədir…”.
5. Şaxta Baba-nı sənin layihələrinin vaxtı narahat eləmir.
6. Sənin valideynlərin Şaxta Baba-ya olmazın arzular yazmışdılar, lakin axırda hamsını özləri elədilər.
7. Heç kəs Şaxta Baba-nın öz işlərinə görə kimin qarşısında izahat verdiyini bilmir.
8. Şaxta Baba HƏDDİNDƏN ARTIQ gülür.
9. Şaxta Baba sizin $HOME-a soxulmaqdan utanmır.
10. Yalnız dəli Şaxta Baba-nın iştirakında ondan pis danışır.
11. Şaxta Baba onun istifdəçiləri olmayan vaxtı işləməyə məcburdur.
12. O hətta rəsmi bayram günləri də işləməyə məcburdur.
13. O israr edir ki, o nadir tapıntıdır, lakin siz belələri ilə tez-tez qarşılaşırsız…
14. İstifdəçilərin hədsiz sayda sualları var, lakin axırda onların bir istəkləri olur, bu yeni oyuncaqlardır.
15. Hardansa, necəsə, naməlum qaydada…O, özünə oxşar arvad tapır.
16. Ona heç kim inanmayan yerdə, mütləq onun edə bildiyini edən biri var, lakin onun adı başqadır.
17. İnsanlara onun etdiyi işin nəticəsini görmək azlıq edir. Onlar, onun bunu necə etməsi barəda suallarla onu təngə gətirirlər. Onları bunun möcüzə olması cavabı qane etmir.
18. Hətta inanmayanlar dua edirlər ki, o gəlsin.
19. O yeganə adamdır ki, öz zarafatlarına gülür.
20. O heç vaxt başqa iş tapmayacaq; onun iş anketi çox spesifikdir.
21. Öz işini görmək üçün o hətta gözəl kostyum geysə belə, ensiz və çirkli yerlərə dırmaşmalıdır…
22. və sonda…onun işi əsasən qeyri maddidir, lakin onun iştirakı ilə dünya daha da yaxşılaşır.
İnternetimiz artıb, gözünüz aydın… Hə, nə olsun?
Wednesday, 28 January, 2009 14:36
Bu aydan Azərbaycanda internet qiymətlərinin endirilməsi, yeni simsiz internet olması ilə əlaqədar çox gözəl xəbərlər eşitdim. Artıq az da olsa internetimizində inkişaf var, bu isə isternet istifadəçilərinin artması deməkdir.
Amma ki nə olsun? Saytlar ki yenə də gec açılacaq. Çünki Azərbaycanda Daxili Hostinq şirkəti yoxdur. Olanlar da Provayderlərdir, onlar isə bir biri ilə rəqabətə girəndə saytlarına bloklar qoyurlar.
Deyəndə ki Amerikada, Avropa ölkələrində, Rusiyada, Hətta Qazaxıstanda internet bizdən ucuzdur, qırğın edirlər ki niyə ucuzdur. Ucuz olacaq da. Sadəcə Qazaxıstanı nümunə gətirim ki, orda .kz domeninin satışında belə bir qayda var. .kz domenini alırsan və saytını başlayırsan tanıtmağa, əgər sənin saytın müəyyən limit trafiki keçərsə, məcburi olaraq hostinq-in Qazaxıstanda olmalıdır.
Azərbaycanda isə, bir neçə saytı götürüb, onların hostinq-lərinin hansı ölkədə olmasını analiz etdim.
Bu da nəticə.
ilk10.az – ABŞ
day.az – ABŞ
big.az – Texas, ABŞ
box.az – Azeronline – Bakı, Azərbaycan
musavat.com – Florida, ABŞ
mix.az – Adanet – Bakı, Azərbaycan
fox.az – ABŞ
boxca.com – ABŞ
azersayt.com – ABŞ
tac.az – Adanet – Bakı, Azərbaycan
apa.az – ABŞ
xazar.com – Almaniya
mp3-az.com – Rusiya
eylence.az – ABŞ
bakililar.az – Texas, ABŞ
open.az – Böyük Britaniya
wap.xana.az – Florida, ABŞ
Bircə baxdığım saytlardan box.az, tac.az və mix.az Azərbaycandadır.
Bu cür statistika çox pis göstəricidir. Yeni istifadəçilərin artması, milli məzmunlara ehtiyac olması deməkdir və əgər bütün saytlar xaricdə olarsa bu çox trafik aparacaq və saytların gec açılmasına gətirəcək.
Fikirlərim qarışıq olduğu üçün ola bilər ki yazdıqlarımı kimsə başa düşməyə bilər 🙂 Burda qorxulu heç nə yoxdur bu qədər yazdıqlarıma qısa bir sitat onu deyə bilərəm ki. İnternetimizin ucuzlaşması heç də nəticə deyil, nəticənin tam olması üçün saytlarımız da artmalıdır və Azərbaycanda host olmalıdır.
Uşaqların İnternetdə təhlükəsizliyi
Wednesday, 5 November, 2008 11:33

İndicə İnternetdə oxuduğum çox maraqlı bir xəbəri sizlərlə də bölüşdürmək istəyirəm.
Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və Microsoft – Azərbaycan qurumu tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.
Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdən ibarətdir.
Artıq adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab və eyni adlı Plakat hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.
Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin mövzu ətrafında maraqlı tərəflərin iştirakı ilə geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də xüsusi verilişlərin təşkil edilməsi nəzərdə tutulub.
Təqdimatlar
Sunday, 26 October, 2008 16:12
Dünən Kievdən gəldim.
Gələn kimi də Blogcamp CEE barədə qısa bəzi məlumatları verim.
Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.
İndi isə qısaca öz fikirlərimi qeyd edim. Orda hamı kimi mən də təqdimat elədim, Təqdimatımın mövzusu “Mobile VAS services” (Mobil Xidmətlər) oldu.
Sonra ondan başqa Google, microsoft, Kaspersky, yandex və s. kimi təqşkilatların da təqdimatları olmuşdur. 2 gündə eyni vaxtda 6 zalda təqdimatlar olduğu üçün bir çoxlarında iştirak edə bilmirdirm (6 yerə bölünə bilmidrim:). Təqdimatımı I günü hazırlayıb səhər tezdən stendə yaxınlaşanda 1 boş yer tapa bilmədiyim üçün Blogcamp-ın II günü hamıdan qabaq (saat 8 ya da 9 olardı) seminar keçirilən yerə gəlib öz təqdimatımın adını yazdım. Bütün gecəni yatmayıb yorğun olmağıma baxmayaraq uğurlu təqdimatım oldu.
Ondan başqa xoşuma gələn bir çox təqdimatlar olmuşdur. Bunlardan Mapia, WEB təhlükəszliyini göstərə bilərəm.
Amma bunlara baxmayaraq Seminarın mənfi və müsbət cəhətlərini də qeyd edim.
Mənfi cəhətləri
- WiFi problemləri var idi, İnternet çox yerlərdə tutmurdu.
- Saytlarını seminr vaxtdi opertiv yeniləmirdilər.
- Vaxt çox idi (Hər təqdimata 30 + 10 dəqiqə vermişdilər) və ona görə də seminarları I günü dolmuşdu.
Müsbət cəhətləri
- Çoxlu yeni iştirakçılar var idi.
- Seminar vaxtı cədvəl, qeydiyyat aparılan zallarda DJ sakit mahnılar verirdi.
- Seminarın Party-sində Reper olan Bloggerlərdən 2-si Blogcamp haqqında Rep dedilər.
- Gözəl təşkilatçılıqları var idi (vaxt və s prolemləri yox idi).
Digərləri haqqında öz blokotumda qeyd edim təşkilatçılara vermişdir. Yadımda qalanları isə burda yazdım.
Eurovision haqqında
Sunday, 26 October, 2008 16:09
Blogcamp 2008-də, özüm iştirak edə bilməsəm də təsadüfən rastıma orda olan Eurovision 2008 haqqında təqdimat çıxdı.
Denis adlı iştirakçının təqdimatında maraqlı məlumatlar yerləşdiriılib.
Blogcamp CEE 2008
Thursday, 16 October, 2008 19:24
Oktyabrın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.
Azərbaycandan mən və Xəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda yerləşdirəcəyəm.
Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.
Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin 3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uğur diləyirəm.
Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.
Ofis macəraları
Tuesday, 14 October, 2008 22:22
Axşam day.az-da oxudum ki bəs Vahid Bağında yeraltı keçid tapıblar. Gecə elə Adil-də xəbər edlədim ki fanar (ya da fənər) alaq və gedək ora. Elə də elədik, bu gün (14 Oktyabr) saat 20:00-dan sonra getdik ora. Adil, mən, İlqar, Niyaz və Əli hasarı aşıb gizlincə yaxınlaşdıq tunelə, çox maraqlıidi. Su olduğu üçün ora çox girə bilmədik.




Maraqlı fotolar / Interesting photos
Saturday, 20 September, 2008 13:59
“BarKamp Azərbaycan 2008”-dən maraqlı fotolar
Interesting photos from “BarCamp Azerbaijan 2008”
Bütün fotoları RAR formatında yüklə (25.54 MB)
Download all photos as RAR format (25.54 MB)
Bloqlar günü
Sunday, 31 August, 2008 17:03

31 Avqust bloqlar günüdür. Bu gün münasibəti ilə bütün bloggerləri təbrik edirəm. Həmçinin də bu gün BarKamp 2008 Azərbaycan-ın son günüdür. İndi isə keçək Bloqlar gününə. Bloqlar gündə hər bir blogger ən azı digər 2 bloq haqqında öz bloqunda yazmalıdır. Bu ənənəni saxlayaraq mən də keçirəm öz borcumu ödəməyə 🙂
Blog 1. Oxatan.com – Azərbaycan və Dünyadakı saytları araşdırır və onlara öz oxlarını atır. Oxatan hal hazırda BarCamp Azərbaycan 2008-də iştirak edir və Bloqosfera haqqında maraqlı bir təqdimatı oldu. Bu işdə Oxatana uğurlar diləyirik.
Blog 2. only4u.azeriblog.com – Ritanın ən son texnologiyalardan yazdığı blog saytı. Sayt son vaxtlar demək olar ki yenilənmirdi, bu gün BarCamp ilə əlaqədar olaraq yenilik olundu saytda.
Blog 3. marketingdefteri.blogspot.com – İlk rastıma gələn Marketinq bloqlarından biri. Rüstəm yaratdığı bu bloqda əsasən öz işi ilə əlaqədar olan avtomobil haqqında araşdırmalarından yazır.
Blog 4. www.img.az – Mirzoidin foto bloqu, Çoxdandır ki yeniliklər olunmur saytda. Dediyinə görə BarCamp-dan sonra yeniliklər edəcək.
Bu siyahıda çox yaza bilərəm, amma ki İndi yorğunam. Bütün bloggerləri onların günü münasibəti ilə təbrik edirəm.
Kompüterlərdə və İnternetdə təhlükəsizlik
Saturday, 16 August, 2008 15:32

Bu gün Azərbaycan İnternet Forumunun təskil etdiyi layihə nəzdində İlk10 saytının yaradıcısı Emin Hüseynovun Kompüterlərdə və İnternetdə təhlükəsizlik mövzusunda treyninqi keçirildi. Treninqdə Emin Hüseynov Kompüter təhlükəsizliyi mövzusunda Ehtiyat nüsxələnmə (backup), Ehtiyat məlumatların saxlanması üçün istifadə olan proqramlar, viruslar, virusların yaranması, viruslardan qorunma, antiviruslar haqqında ətraflı məlumatlar verdi.
Treninq vaxtı Emin Hüseynovun Ehtiyat nüsxələnmə üçün istifadə edilən NTBackup proqramı haqqında verdiyi məlumatı videoya çəkib YouTube atmışam, videoya burdan baxa bilərsiniz.
Emin Hüseynov İnternetdə təhlükəsizlik barədə danışarkən hamının tez-tez rast gəldiyi aldadıcı reklamlar barədə məlumat verdi. Belə ki bəlkə də sizin də qarşınıza çıxıb, məktub gəlir, və məktubun mövzusunda Nigeriada çevriliş baş berməsi və Baş nazirinin həyat yoldaşının 1 milyard dollar pulu olması, o pulu öz qohumlarının hesabına keçirdə bilməməsi və sizdən xahiş edir ki bu pulu sizin hesabınıza keçirtsin və bu puldan 10%-ini sizə verməsini söz verir. Sonra məlumat verir ki bəs siz özünüz üçün Hansısa Bankda hesab açmalısız və öz məlumatlarınızı (parol və s şəxsi məlumatları) ona verməlisiz. Sonra bir müddət keçdikdən sonra həmin Baş Nazirin arvadından məktub gəlir ki bəs sizin hesaba pul keçirtmək üçün Bank hesabınızda heç olmasa 10 000 dollar olmalidır. Siz də gedib borc xərc o qədər pulu tapıb qoyursuz hesaba ki onsuzda 1 milyard gələcək də 10 000-i ordan çıxaram sonra. Pulu hesaba qoyduqdan sonra o adam yoxa çıxır pulunuz da həmçinin. Emin Hüseynov bu cür aldadıcı məktublar və ya siz indi 1 milyol dollar uddunuz kimi reklam, spamlara, viruslara yoluxmamaq üçün internetdə ehtiyatlı istifadə etməyi tövsiyyə etdi.

Fasilə vaxtı hətta ad günü tortu da yedik. Ad günü münasibəti ilə İlahə-ni təbrik edirəm. Böyük qız olasan.
Fasilədən sonra, virusa nümunə kimi Osman müəllimin Flash kartında olan virusu tapdı və Flash kartı kompüterə salan kimi Virus Troyanını tapılması barədə məlumat verildi. Emin-in kompüterində 3 Antivirus proqramı olduğu halda onlardan biri olan Avira Antivirusu virus barədə məlumat verdi və onunla nə etmək istəyəcəyi barədə sorğu verdi. Sonra isə Emin nümunə kimi virusun işləmə prosesini göstərdi.
Emin Hüseynov İnternetdə təhlükəsizlik haqqında kifayət qədər məlumatlar verdi. Saytların Vebustalarının kompüterlərindəki virsların hesabına onların yaratdıqları saytlarda yaranmış problemlər (reklam virusları və s) barədə nümunələr göstərdi. XSS barədə məlumat verdi və jurnalistlərin bunlarıbilməsi, qarşısıya çıxan problemi aradan qaldırmaq üçün nələr etmak lazım olduğunu dedi.
Emin Hüseynovun treninq vaxtı istifadə etdiyi təqdimat faylını burdan yükləyə bilərsiz.
Bu cür maraqlı treninqi təşkil etdiyi üçün Osman Gündüzə və maraqlı treninqə görə Emin Hüseynova dərin minnətdarlığımı bildirirəm.




