«Seminarlar» kateqoriyası üçün arxiv

İnformasiya Texnologiyaları sahəsində birgə inkişaf edək

Saturday, 22 March, 2008 12:48

Son zamanlar hamımız Dünyada İnformasiya Texnologiyalarının necə inkişaf etdiyinin şahidi olmuşuq. Bu bizimkilərin də yanından vaz keçməyib. Məqalələrimin birində Rafiqin etdiyi tənbehi nəzərə alıb hətta gedib ADSL də aldım ki görüm bu dünyada nələr var, o dəqiqə də facebook xəstəsi oldum. Heç düşmənimə də arzu etmirəm bu xəstəliyi. Əlimdə işlərim qala-qala oturub Sosial Şəbəkədə dostlarımla bir qrupda vaxt keçirdirəm. Düzdür dostları yada salmaq lazımdır, amma ki day həmişə də yox da, işlər bəs?
Nə isə bütün bunlar bir yana, keçək yeniliklərimizi. Son vaxtlar Bizdə də Blogginq, vətəndaş jurnalistikası inkişaf edib. Düzdür çox da sürətlə yox, amma ki inkişaf var. Tanıdıqlarımdan oxatan, blogran, blog.ilk10.az, blog.box.az. Burada Azəribloqun əvəzsiz rolundan danışmamaq olmur. Azəri Marketoloqlar arasında da blogginq inkşaf edib bunlardan mak.az saytının daimi üzvləri olan Rüstəmin, KİSSOT, Milli Marketinq, Shared Folders, Marketing Post, imho əvəzsiz rolları var. Bloq saytlarını saysam sonu bitməyəcək. Bəs bunları bir araya necə gətirək?
Bu məqsədlə də təkcə bloggerləri deyil, WAP-er, Sosial Şəbəkəçi, Veb Proqramçılar və bütün yeni texnologiya həvəskarlarını bir yerə toplamaq məqsədi ilə artıq BarCamp Azərbaycan təşkilatı fəaliyyətə başlayıb. İlk ən böyük seminarlarını 29-31 avqust tarixində Lənkəranda keçirilməsini planlaşdırıblar. Soruşduqda ki niyə bəs Lənkəran, cavab belə oldu ki kifayətdir hər yenilikləri Bakıda etdik, qoy bir az da bölgələrimiz inkişaf eləsin.
Bu BarCamp Dünyada 2005-ci ildə yaranmasına baxmayaraq bu tərəflərə 2007-ci ildən gəlib. İlk dəfə Ukraynada BlogCamp, Sonda bu il Latviyada BarCamp Baltics adı ilə, İyun ayının 7-9-u Tiflisdə BarCamp Qafqaz, Sonra Moskva, Bişkekdə keçiriləcək.
BarCamp Azərbaycanın ( seminar lokal keçiriləcək ) isə ilk olaraq Lənkəranda keçirilməsinin səbəblərindən biri odur ki gənc Mütəxəssislərimizi gələn il Azərbaycanda keçirtməyi planlaşdırdığımız BarCamp Qafqaza hazırlayaq. Odur ki siz də aktiv olun ki dafa sürətlə inkişaf edək.
Mən BarCamp Azərbaycana gedəcəyəm, Bəs siz necə – BarCamp Azərbaycana gedəcəksiz?

BarCamp Baltics

Monday, 10 March, 2008 06:24

Fevral ayının məqaləsini indi yazmağı qərara aldım. Fevralı ayının 8-10-u Riqa-da BarCamp Baltıcs 2008 adlı sosial şəbəkələr, bloqlar, yeni media, podkastlar, vətəndaş jurnalistikası, web 2.0, openSource və s. bununla əlaqədar Qeyri Konferensiya keçirildi. Biz də orda iştirak etdik. İlk dəfə olduğumuz üçün çox maraqlı idi. Orda hamının bloqu var idi (Bura gələndən sonra mən də bloq açdım uje : ) Azərbaycandan Emin Hüseynov, Rəşad Mehbalıyev, Elmar İsmayılov, İlqar Mirzə və mən (Rəşad Əliyev) iştirak edirdik.
Konferensiyanın çox maraqlı qaydaları var idi. Belə ki iştirak edənlər həm də təşkilatçı kimi idilər, hərə özü bildiyi kimi Qeydi Konferensiyanın maraqlı olması üçün əlindən gələni edirdi, kimi şəkil çəkir, kimi müsahibə götürür, kimi video çəkir və s. Əsas odur ki boş dayanmayasan.
Seminarın I günü Konferensiyanın qeyri rəsmi açılışı idi. Oynadıq, digər ölkələrdən gələn iştirakçılarla tanış olduq və s, günümüzü maraqlı keçirtdik. Sabahısı günü Qeyri Konbferensiyanın rəsmi açılışı və Prezentasiyalar günü idi. İxtiyarımızda 6 zal var idi, və proqramda kim çıxış edəcəkdisə öz adını qeyd edirdi. Bizlərdən Rəşad Mehbalıyev mail qruplar haqda mən isə Mobil Reklam barədə çıxış etdik. Mənim çıxışım üçün hazırladığım faylı burdan yükləyə bilərsiniz (yüklə).
II gün (10-u) Qeyri Konferensiyanın son günü idi. Burada BarCamp-i təşkil etmək barədə və PeÇa kuça keçirildi. PeçaKuça bilməyənlər üçün (heç özüm də bilmirdim) qısa izah edirəm. Bu yeni təqdimat növüdür 2003-cü ildə yaradılıb, 20×20 prinsipi ilə aparılır, yəni ki 20 prezentasiya və hərəsinə 20 saniyə vaxt verilir.
Beləcə BarCamp haqda qısa yazdım. Ətraflı olaraq isə sizləri bu il keçiriləcək lokal BarCamp Azərbaycan-da gözləyəcəyik.