Azercell abunəçisi olduğum üçün həy ay İzahlı fakturanı e-poçtuma göndərirlər.
Bu xidmət çox xoşuma gəlir. Amma ki istədiyim məlumatı ordan çəkə bilmədiyim üçün faylları elə arxivə atırdım və onlar orda qalıb pas atırdı 🙂
Proqramist olmağım belə problemlə əlaqədar olan təklifləri Operatora və ya digər şirkətlərə təklif edib nəticə gözləmək yox, öz təşəbbüsüm ilə o problemi həll etməyi öyrədib mənə.
Bu gün nəhayət oturdum bir az fikrimi cəmləyib Bədxərc adlı bir balaca proqram yazdım.
Proqram nə edir.
– Azercell-dən gələn izahlı e-Fakturanı yükləyirsiz saytdan.
– Sizin ən çoxu hansı istiqamətlərdə çox xərcinizin çıxmasını hesablayıb sizə göstərir.
Bununla da bundan sonra mənə gələn İzahlı e-Fakturaları əvvəl bura atacağam və aylıq xərclərimi hesablayıb gələn ay ona uyğun işlərimi biləcəyəm.
Həvəsim olsa (Təkrar edirəm, olsa əgər : ) Hansı operatora və ya konkret hansı xidmətə daha çox pul xəncləndiyini də yazacağam.
Hələlik isə maraqlı olsa proqrama baxa bilərsiz.
P.S. Proqramın dizaynına fikir verməyin, mən dizayner deyiləm, lazımi məsələdirsə google prinsipi ilə getmək ən yaxşı vasitədir.






Salam sizi Azerbaycanin en seviyyeli ve en meirbhan catlari arasinda birinci olan Wap.Tom.Az ailesine devet edirem.Burda ozunuze yeni dostlar,yeni sevgililer,en esasi ise maraqli sohbetlerle rastlawa bilersiz.Meqsedimiz gozel bir kollektiv yaratmaqdi.Wuarimiz : Wap.Tom.Az Dost cox olsun,Duwmen az.Bizimle olan darixmaz.Yeni gelenlere Post,Bal,Rengli nik,Aktiv olan istifadeciye ise Status hediyye olunur.Diqqetinize gore Tewekkurler !!! Wap.Tom.Az Sende qowul,Sende yaz.,,
Maraqlidir
Rəçid bəlkə səndə fakturalı xətt deyil. Çünki hamında normal işləyir.
1) Yüklənən fayl tipinin yoxlanılmasını unutmusan.
2) Mənim faktura faylıma bu xətanı verir: Zehmet olmasa duz fayl sechin. Faylin daxilindeki melumat faktura melumati deyil.