Photos maded 2 hour ago. 🙂
ZIP file 81.7 MB
Thanks to Atoms

Artıq Təqdimatlar gedir, bir hissəsi gedib, indi ardı gedir. Yorulmuşam, zalda oturub bloqumda yazıram. Bu gün gözəl təqdimatlarımız oldu. Azərbaycandan təkcə mənim olmağıma baxmayaraq 2 təqdimatımız oldu. 1-i Vahid müəllimin Bakı-Bişkek Telekörpü ilə “Telekörpü mövzusunda” təqdimatı, ondan bir az sonra isə mənim “Mobil İnternet (WAP)” barədə təqdimatım oldu.
Təqdimatımda WAP barədə qısa məlumat verdim, Statistik məlumatlar, Azərbaycanda və Dünyada WAP-ın vəziyyəti və WAP-dan qazanc barədə danışdım. Qazancda Azərbaycanda kechirtdiyim təqdimatdan fərqli olaraq WAP Push barədə də danışdım. Onu deyim ki get-gedə artıq sərbəst təqdimat aparmağı öyrənirəm 🙂 Təqdimatımdan sonra bir neçə şirkət yaxınlaşıb əlaqə üşün Vizit kartımı istədilər. Mobil İnternet hal-hazırda burdakıların bir çox hissəsinin maraq dairəsindədir.
Təqdimatımla maraqlananlar bu linkdən Power Point versiyasını yükləyib baxa bilərlər.
If u need download all photos click here (64.21 MB) 🙂
BarCamp Central Asia, artıq qeydiyyat başlayıb. Düşmənlər bu gün səhər gəliblər 3 nəfərdir, 2-si indi burdadırlar. Yer superdir. Azərbaycandan da bu gün şad xəbərlər gəldi Yerli BarCamp-ımızla əlaqədar, çox sevindim. İndi o sevincimin nəticəsini gözləmək lazımdır.
Bu Barcamp-da Mobil İnternet (WAP) barədə danışmağı planlaşdırmışam. Hal-hazırda bloqumda yazmağımdan bağqa ona da hazırlaşıram.


Qeydiyyat vaxtı çəkdiyim videoya burdan baxa bilərsiz. Axşam party olacaq.
Dünən dostum Turxan çox dəyərli bir xəbər verdi mənə, oxuyanda çox sevindim, sizlərə də bu məlumatı öz saytlarınızda yerləşdirib yaymağı məsləhət görürəm. Xəbər sevimli ifaçımız Əlixan Səmədov haqqındadır.
Türkiyədə məşhur xalq nəfəs aləti – balaban ifaçısı Əlixan Səmədovun yeni kitabı nəşr olunub. Kitab “Balaban metodu” adlanır. Bu nəşrdə həmin musiqi aləti, onun hazırlanması, istifadə qaydaları haqqında danışılıb. Kitab üç dildə nəşr olunub: türk, rus və ingilis. Kitab PALMALİ şirkətinin dəstəyi ilə nəşr olunub. 136 səhifəlik rəngli və yüksək keyfiyyətlə çap edilən kitab balaban ifaçılarılar yeni bir yenilik olacaq. Belə ki, kitabda balabanın hazırlanması, ifası, tarixi və balaban üçün not təlimləri yer alıb.
Qeyd edək ki, məşhur Azərbaycan musiqiçisi Əlixan Səmədov bir neçə ildir ki, Türkiyədə yaşayır və işləyir. Bir neçə yerli və xarici mükafatların qalibi və laureatıdır.
Xəbəri Turan İnformasiya agentliyi yayıb.
Avqust ayının 1-3-ü Qırğızıstanın paytaxı, Bişkekdə BarCamp Cenral Asia keçirilməsi planlaşdırılıb. Bu məqsədlə Netf ölkəsi, “İnformasiya Texnologiyalarının inkişaf etdirilməsinə” (dırnaq arasında : ) xüsusi marağın olmağımıza baxmayaraq, heç bir sponsor tapmadığımıza görə (İMAİR-ə müraciət etmişdik) və Ermənistandan olan komanda üçün sponsor tapıldığına görə hər şeyi atıb Azərbaycanı təmsil etmək üçün öz hesabıma (yay ayı olmasına, və s krizislərə baxmayaraq vətənə sevgim hər şeydən üstündür deyib) bu qeyri konfransda iştirak etməyi qərara aldım. Aerokassadan Bişkekə birdəfəlik reys olmadığı üçün 1 həftəlik (gedirəmsə bir az oraları da gəzim baxım) Almata-Bakı-Almata bileti aldım.