
Artıq Təqdimatlar gedir, bir hissəsi gedib, indi ardı gedir. Yorulmuşam, zalda oturub bloqumda yazıram. Bu gün gözəl təqdimatlarımız oldu. Azərbaycandan təkcə mənim olmağıma baxmayaraq 2 təqdimatımız oldu. 1-i Vahid müəllimin Bakı-Bişkek Telekörpü ilə “Telekörpü mövzusunda” təqdimatı, ondan bir az sonra isə mənim “Mobil İnternet (WAP)” barədə təqdimatım oldu.
Təqdimatımda WAP barədə qısa məlumat verdim, Statistik məlumatlar, Azərbaycanda və Dünyada WAP-ın vəziyyəti və WAP-dan qazanc barədə danışdım. Qazancda Azərbaycanda kechirtdiyim təqdimatdan fərqli olaraq WAP Push barədə də danışdım. Onu deyim ki get-gedə artıq sərbəst təqdimat aparmağı öyrənirəm 🙂 Təqdimatımdan sonra bir neçə şirkət yaxınlaşıb əlaqə üşün Vizit kartımı istədilər. Mobil İnternet hal-hazırda burdakıların bir çox hissəsinin maraq dairəsindədir.
Təqdimatımla maraqlananlar bu linkdən Power Point versiyasını yükləyib baxa bilərlər.





AKAIK yov’ue got the answer in one!
Upload edirler uje,
Barcampasia.net saytinda linkler qoyublar ushaqlar.
Vahid m. təqdimatini da gore bileseydik cox sevinerdik. Bir de Barcampda kecirilen tegdimatları bir yere upload elemirler?